[b]Gəncədə son duel: ilk qolu vuran...[/b]
18.05.2018 - 01:51
[b]Gəncədə son duel: ilk qolu vuran...[/b]

Topaz Premyer Liqasının son turunda Azərbaycanın ən köklü iki klubu – “Kəpəz” və “Neftçi” üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, bu, tərəflərin 51-ci matçı olacaq.

 

Elitanı tərk edəcək “Kəpəz” son dəfə əzəli rəqibini Gəncədə qəbul edəcək. Geridə qalan 50 görüşün 23-də bakılılar qələbə qazanıblarsa, 18 dəfə bölgə təmsilçisi 3 xala sevinib.

 

Gəncəlilərlə son 3 oyunda qol buraxmayan “Neftçi” (0:0, 1:0, 1:0) birillik seriyanı davam etdirməyə çalışacaq. Digər maraqlı məqam odu ki, bu komandaların Gəncədəki son 3 matçında yalnız bir komanda fərqlənməyi bacarıb. Ümumiyyətlə, 2016-cı ilin oktyabrından bəri baş tutan 7 matçın heç birində hər iki komanda qol vurmağa müvəffəq olmayıb.

 

Qeyd edək ki, mayın 20-də keçiriləcək “Kəpəz” – “Neftçi” görüşü saat 17:15-də start götürəcək.

0