[b]“Volfsburq”dan Bundesliqada qalmaq yolunda ilk addım[/b]
18.05.2018 - 00:44
[b]“Volfsburq”dan Bundesliqada qalmaq yolunda ilk addım[/b]

Almaniya çempionatında elitaya vəsiqə uğrunda pley-off matçı keçirilib. Apasport.az saytının məlumatına görə, Bundesliqada qalmağı hədəfləyən “Volfsburq” aşağı liqadan yüksəlmək arzusunda olan “Holsteyn”lə qarşılaşıb.

 

Pley-off mərhələsinin ilk matçı Volfsburqda oynanılıb. Meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada “Volfsburq”un heyətində Divok Oriqi (13-cü dəqiqə), Xosip Brekalo (40) və Yunus Mallı (56) hərəyə bir dəfə fərqlənibsə, “Holsteyn”in təsəlli qoluna Kinqsli Şindler (34) imza atıb.

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü mayın 21-də keçiriləcək.

0