[b]Azərbaycan kubokunda rekord[/b]
18.05.2018 - 09:19
[b]Azərbaycan kubokunda rekord[/b]

Futzal üzrə Azərbaycan kubokunun yarımfinalı rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Yasamal-2”ni 15:0 hesabı ilə məğlub edən “Uğur” mövsümün ən böyükhesablı qələbəsinin müəllifi olub.

 

Bunadək keçirilən 10 kubok qarşılaşmasında belə fərq qeydə alınmamışdı. 1/8 finalın “Gilan”la görüşündə 13:3 hesabı ilə qalib gələn EKOL-un hər iki rekordu qırılıb.

 

Sonuncular həm ən böyük fərq, həm də ən çox qol vuran komanda idi. “Uğur” hər iki rekordu yeniləməyə nail olub.

 

Qeyd edək ki, finalda “Uğur”un rəqibi “Marafon Futsal” olacaq. Sonuncular yarımfinalda “Hell Energy”ni 11:0 hesabı ilə yenib.

0