[b]Araz Abdullayev Kipr klubundan rəsmən ayrıldı[/b]
18.05.2018 - 09:49
[b]Araz Abdullayev Kipr klubundan rəsmən ayrıldı[/b]

“Anortosis”də gözlənilən ayrılıq rəsmiləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, kiprlilər milli komandamızın yarımmüdafiəçisi Araz Abdullayevlə yollarını ayırdığını bəyan edib.

 

Belə ki, Famaqusta təmsilçisi icarədə olan iki oyunçu ilə vidalaşıb. Araz müqavilə ilə məxsus olduğu “Qəbələ”yə, hücumçu Nikolas Matteu isə PAOK-a qayıdıb.

 

Qeyd edək ki, Araz Abdullayev geridə qalan mövsüm “Anortosis”in heyətində 30 oyun keçirib, 3 qola imza atıb.

0