[b]“Real” Çempionlar Liqasını qazansa...[/b]
18.05.2018 - 10:50
[b]“Real” Çempionlar Liqasını qazansa...[/b]

İspaniyanın “Atletiko” klubunun Avropa Liqasının qalibi olması UEFA Superkubokunda tarixi hadisənin gerçəkləşməsi ehtimalı yaradıb. Apasport.az saytının məlumatına görə, bunun üçün Çempionlar Liqasının (ÇL) finalında da “Real”ın qələbə qazanması lazımdı.

 

“Kral klubu” “Liverpul”la mayın 26-dakı görüşdə qalib gəlsə, Superkubok matçında “Real”la “Atletiko” üz-üzə gələcək. Bu isə yarışın tarixində ilk hal olacaq ki, eyni şəhər təmsilçiləri qarşılaşacaq.

 

İndiyədək Superkubokda heç vaxt eyni şəhər komandaları üz-üzə gəlməyib. Düzdü, 6 dəfə eyni ölkə klublarının dueli qeydə alınıb. İtaliyalılar 1989/90 (“Milan” – “Sampdoriya”), 1992/93 (“Parma” – “Milan”), ispaniyalılar 2005/06, 2014/15 (hər ikisi “Barselona” – “Sevilya”), 2013/14, 2015/16 (hər ikisi “Real” – “Sevilya”) mövsümlərində cütlük təşkil edib.

 

Qeyd edək ki, Superkubok oyunu avqustun 15-də Estoniyanın paytaxtı Tallində keçiriləcək.

 

0