[b]DÇ-2018: Mundial iştirakçısında 3 legioner[/b]
18.05.2018 - 13:23
[b]DÇ-2018: Mundial iştirakçısında 3 legioner[/b]

Dünya çempionatının daha bir iştirakçısı Səudiyyə Ərəbistanı heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Xuan Antonio Pitsi ilkin siyahıya 28 oyunçunun adını daxil olub.

 

Onlardan cəmi 3-ü legioner həyatı yaşayır ki, həmin futbolçular da İspaniya La Liqasında çıxış edirlər.

 

Qapıçılar: Assaf əl-Karni (“Əl-İttihad”), Yasser əl-Mosaylem, Məhəmməd əl-Ovays (hər ikisi “Əl-Əhli”), Abdullah əl-Mayuf (“Əl-Hilal”);

Müdafiəçilər: Mansur əl-Hərbi, Səid əl-Movalad, Mutaz Havsavi (hamısı “Əl-Əhli”), Yasser əl-Şahrani, Məhəmməd əl-Breyk, Usama Havsavi, Məhəmməd Cəfəli, Əli əl-Bulayxi (hamısı “Əl-Hilal”), Ömər Havsavi (“Əl-Nəsr”);

Yarımmüdafiəçilər: Abdulla əl-Xaybari, Hattan Bahebri (hər ikisi “Əl-Şabab”), Abdulmalek əl-Xaybri, Abdulla Otayf, Salman əl-Fərəc, Navaf əl-Abed, Məhəmməd Kanno (hamısı “Əl-Hilal”), Taysir əl-Cassim, Hüseyn əl-Moqavi (hər ikisi “Əl-Əhli”), Məhəmməd əl-Kvikbi (“Əl-İttifaq”), Səlim əl-Davsari (“Vilyarreal”, İspaniya), Yəhya əl-Şehri (“Leqanes”, İspaniya);

Hücumçular: Fəhəd əl-Muvallad (“Levante”, İspaniya), Məhəmməd əl-Səhləvi (“Əl-Nəsr”), Məhənnəd Assiri (“Əl-Əhli”).

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı mundialda Misir, Rusiya və Uruqvayla A qrupunda mübarizə aparacaq.

0