[b]“Neftçi”nin 16-cı, “Sumqayıt”ın “17” iddiası[/b]
18.05.2018 - 15:13
[b]“Neftçi”nin 16-cı, “Sumqayıt”ın “17” iddiası[/b]

İki gündən sonra keçiriləcək Topaz Premyer Liqasının son turu bürünc medalların taleyinə aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, sahibi bəlli olmayan yeganə medal iddiaçı komandalar üçün fərqli xarakter daşıyacaq.

 

3-cü yerə ən real namizəd “Neftçi” mövqeyini qorusa, öz rekordunu yeniləyəcək. Belə ki, bakılılar Azərbaycan çempionatlarında özünün 16-cı mükafatını qazanacaq. “Ağ-qaralar” həm də 4 mövsümlük medal həsrətinə son qoymuş olacaq.

 

Hesabında 8 qızıl və 2 gümüş olan “Neftçi” bürünc sayında da özünün rekordunu yeniləyəcək. Bu, paytaxt təmsilçisinin 6-cı medalı kimi tarixə düşəcək.

 

4-cü pillədə qərarlaşan “Zirə” isə tarixinin 2-ci medalına və ilk bürüncünə qovuşa bilər. Qəsəbə təmsilçisi bürünc sahibi olan 13-cü komanda olmaq şansına malikdi. Onlar həm də ən azı 2 medalı olan 13-cü komanda adına sahib çıxacaq.

 

Bürünc medal şansı daha az olan “Sumqayıt” isə iki ilki reallaşdırmaq imkanına malikdi. İndiyədək mükafatçılar sırasına düşməyən “Gənclik şəhəri” təmsilçisi tarixinin ilk uğurunu reallaşdırmış olacaq. Bununla da onlar medalçıların siyahısına 17-ci komanda kimi düşəcək.

 

Qazanılacaq bürünc Sumqayıtda ikinci mükafatçı komandanın olmasını rəsmiləşdirəcək. İki gümüş medalı olan “Xəzər”in ardınca “Sumqayıt”ın da “üçlüy”ə düşməsi ilə rəsmiləşəcək. Sumqayıt paytaxtdan sonra ilk şəhər olacaq ki, iki təmsilçisi medal qazana bilib.

0