“Bakı” yeni mövsümə Sloveniyada hazırlaşacaq
02.06.2008 - 16:56
“Bakı” yeni mövsümə Sloveniyada hazırlaşacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubunun yeni mövsümə hazırlıq ərəfəsində Bolqarıstana planlaşdırdığı təlim-məşq toplanışı baş tutmayacaq. Bu haqda “APA-Sport” agentliyinə komandanın baş məşqçisi Qyoko Hacievski məlumat verib. Makedoniyalı mütəxəssis bunun əvəzində başqa ölkəyə səfərin nəzərdə tutulduğunu bildirib: “Mövsümlərarası fasilədə Sloveniyada təlim-məşq toplanışı keçəcəyik. Bolqarıstanla müqayisədə orada hazırlıq keçmək üçün daha münasib şərait var. Qışda Antalyada olduğu kimi, Sloveniyada da 3-4 güclü rəqiblə yoxlama oyunu keçirməyi planlaşdırmışıq. İyulun ortasında bu ölkəyə iki həftəlik təlim-məşq toplanışına yollanacağıq. Buna qədər isə Qubada toplanış keçmək nəzərdə tutulub. Orada ilk növbədə fiziki hazırlığa diqqət yetirəcəyik”.
0