[b]Avropa Liqası: Bakıda Lion təcrübəsi[/b]
18.05.2018 - 17:53
[b]Avropa Liqası: Bakıda Lion təcrübəsi[/b]

2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalına hazırlıq çərçivəsində bu il Fransanın Lion şəhərində baş tutan finala müşahidə proqramı təşkil olunub. Apasport.az saytı xəbər verir ki, UEFA tərəfindən təşkil olunan tədbirdə Bakı 2019 Yerli Əməliyyat Qrupunun üzvləri, o cümlədən, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Bakı Nəqliyyat Agentliyinin, Azərbaycan Hava Yolları QSC-nin, Bakı Olimpiya Stadionunun və “Aqrosport” MMC-nin əməkdaşları iştirak edib.

 

Ətraflı məlumat mübadiləsinin aparıldığı proqramda UEFA nümayəndələri, Fransa Futbol Federasiyasının, Lion stadionunun və hava limanının əməkdaşları iştirakçılarla finalın təşkili ilə bağlı öz təcrübələrini bölüşüblər. Hər il finalçıların çox saylı azarkeşlərinin ölkəyə gəlməsi nəzərə alınaraq, hava limanı əməliyyatları, ictimai nəqliyyatın fəaliyyəti və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb.

0