[b]PSJ-dən Buffona fantastik təklif[/b]
18.05.2018 - 18:11
[b]PSJ-dən Buffona fantastik təklif[/b]

“Yuventus”un qolkiperi Canluici Buffon karyerasını Fransada davam etdirə bilər. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, PSJ italiyalı qapıçının xidmətində maraqlıdı.

 

Paris klubu Buffonun ilinə 8 milyon avro təklif edir. Bununla yanaşı, rəhbərlik kapitanlıq sarğısını da 40 yaşlı qolkiperə verməyə hazırdı.

 

Məlumatda Buffonun təklifi qəbul edəcəyi təqdirdə yeni komandasının əsas qapıçısı olacağı bildirilib.

 

Qeyd edək ki, Canluici Buffon sabah “Verona” ilə görüşdə sonuncu dəfə “Yuventus” formasını geyinəcək.

0