[b]Milliyə 28 futbolçu çağrıldı[/b]
18.05.2018 - 18:38
[b]Milliyə 28 futbolçu çağrıldı[/b]

Mayın 22-dən iyunun 4-dək Bakıda 18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Zaur Həşimov hazırlığa 28 oyunçu dəvət edib.

 

O, Zeynal Əhmədzadə, Raul Həsənzadə, Hikmət Verdiyev, Ədilxan Qarahmədov, Murad Məmmədov, Xəyal Bədirov, Xəlil Bəşirov (hamısı “Səbail”), Ayhan Arazlı, Nihad Quliyev, Zamiq Əliyev, Kənan Qasımov, Bilal Hüseynov, Musa Qurbanlı (hamısı “Qarabağ”), Əkbər Vəliyev, Sərcan Ömərov, Cavid Əliyev, Ceyhun Nuriyev, Uğur Cahangirli (hamısı “Keşlə”), İnqilab Əkbərov, Mehdi Tahirov, İlkin Əbiyev, Vüqar Quliyev, Vüsal Əsgərov, İsmayıl Zülfüqarlı (hamısı “Neftçi”), Vüqar Balaqayev (İjorets-inkon), Timur Babayev (“Rostov”, Rusiya), Nemət Mustafayev (“Kəpəz”) və Cavidan Abbaszadəni (“Sumqayıt”) sınaqdan keçirəcək.

 

Qeyd edək ki, Timur Babayevlə Vüqar Balaqayev mayın 27-dək toplanışda iştirak edəcəklər. Onları İnqilab Ələkbərovla (“Neftçi”) Xəyal Bədirov (“Səbail”) əvəz edəcək.

 

Mənbə: affa.az

0