[b]8 ay sonra ilk dəfə[/b]
18.05.2018 - 20:03
[b]8 ay sonra ilk dəfə[/b]

Uzun müddətdir zədədən əziyyət çəkən Manuel Noyer nəhayət meydana çıxmağa hazırdı. Apasport.az saytının məlumatına görə, “Bavariya”nın məşqçilər korpusu qapıçının adını “Ayntraxt”la oyun üçün iştirak ərizəsinə salıb.

 

Ötə ilin sentyabrında ağır zədə alan və o vaxtdan bəri yaşıl meydanlara həsrət qalan “çərçivə qoruycusu” bu müddətdə ilk dəfə heyətdə yer alıb. Alman qolkiperin ehtiyat oyunçular skamyasında matça başlayacağı gözlənilir. Əsas heyətdə isə hərzamankı kimi Sven Ulrayx olacaq.

 

Qeyd edək ki, “Bavariya” – “Ayntraxt” görüşü sabah keçiriləcək.

0