[b]“Neftçi”dən qələbə, “Qarabağ” “üçlük”dən kənarda qaldı[/b]
18.05.2018 - 20:36
[b]“Neftçi”dən qələbə, “Qarabağ” “üçlük”dən kənarda qaldı[/b]

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında mövsümün son turuna start verilib. Apasport.az saytının məlumatına görə, bu gün 3 oyun keçirilib.

 

“Qəbələ” - “Qarabağ” görüşündə qol olmayıb.

 

“Sumqayıt” - “Zirə” matçında tərəflər hərəyə bir dəfə fərqlənsələr də, burda da qalib müəyyənləşməyib.

 

Yevlaxda “Kəpəz”lə qarşılaşan “Neftçi” isə səfərdən inamlı qələbə ilə qayıdıb – 2:0.

 

Artıq turnir cədvəlinin ilk 3 pilləsində qərarlaşmış komandalar bəllidir. Belə ki, sabah “Keşlə” ilə qarşılaşacaq “Səbail” bir oyun əskik olsa da, liderliyi təmin edib. “Qəbələ” ikinciliyi, “Zirə” isə üçüncülüyü təmin edib.

 

Əsas komandası çempion olan “Qarabağ” isə “ilk üçlük”dən kənarda qalıb.

 

Əvəzedicilərin çempionatı

XXVIII tur

18 may

 

“Kəpəz Neftçi – 0:2
Qollar:
Elnur Süleymanov, 9. Murad Hüseynov, 74.
Hakimlər: Etibar Həsənov, Habil Əliyev, Fehruz Əliyev, İslam Məmmədov.
Hakim-inspektor: Vaqif Ayvazov.
Yevlax şəhər stadionu.

 

Sumqayıt Zirə - 1:1
Qol
lar: Fərid Kərimzadə, 82 – Əziz İsmayılov, 85.
Hakimlər: Ramiz Məhərrəmov, Kənan Məlikov, Vüqar Bayramov, Vüsal Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
 

“Qəbələ” – “Qarabağ” – 0:0
Hakimlər: Anar Göyçayski, Rəşadət Cəfərov, Rəşad Xasıyev, Nicat İsmayıllı.
Hakim-inspektor: Rüfət Hüseynov.
Qəbələ şəhər stadionu, ehtiyat meydança.

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Səbail

27

16

4

7

45-31

52

2

Qəbələ

28

15

5

8

63-28

50

3

Zirə

28

11

8

9

35-36

41

4

Qarabağ

28

11

6

11

38-41

39

5

Keşlə

27

8

13

6

36-33

37

6

Sumqayıt

28

10

7

11

35-45

37

7

Neftçi

28

8

6

14

22-35

30

8

Kəpəz

28

2

11

15

14-38

17

 

Bombardir: Ülvi İsgəndərov - 16 qol ("Sumqayıt")

 

0