[b]Nazarovun komandasından sərfəli nəticə[/b]
18.05.2018 - 22:26
[b]Nazarovun komandasından sərfəli nəticə[/b]

Almaniya II Bundesliqasının düşmə qrupunda ilk oyun keçirilib. Apasport.az saytının məlumatına görə, mövsümü 16-cı pillədə başa vuran “Erzgebirge” III Bundesliqanın 3-cüsü “Karlsrue” ilə qarşılaşıb.

 

İki oyundan ibarət mübarizənin ilk qarşılaşmasında milli komandamızın oyunçusu Dmitri Nazarov da meydana çıxıb. Keçmiş komandası ilə matça start heyətində başlayan Nazarov 73-cü dəqiqədə əvəzlənib.

 

Karlsruedə keçirilən oyun isə 0:0 hesablı bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, iki komanda arasındakı cavab matçı mayın 22-də Auedə keçiriləcək.

0