[b]“Qızıl Top” qazanmaq üçün eqoist olmalısan” - FOTO[/b]
18.05.2018 - 23:09
[b]“Qızıl Top” qazanmaq üçün eqoist olmalısan” - FOTO[/b]

“Çelsi”nin yarımmüdafiəçisi Eden Azar müasir futbolda şəxsi mükafatlar barəsində fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, belçikalı futbolçu maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb.

 

“Düşünürəm ki, indiki zamanda şəxsi nəsə, məsələn “Qızıl Top” və ya bombardirlik qazanmaq istəyirsənsə, mütləq eqoist olmalısan. Amma mən tamamilə bundan uzağam. Olduğum kimi görünürəm həmişə” – deyə o, bildirib.

 

Qeyd edək ki, geridə qalan mövsümdə Azar İngiltərə Premyer Liqasında 34 oyunda meydana çıxıb, 12 qol vurub və 4 məhsuldar ötürmə verib.

0