[b]Millimizlə oyun üçün 11 “Astana”lı[/b]
19.05.2018 - 00:25
[b]Millimizlə oyun üçün 11 “Astana”lı[/b]

Yoldaşlıq oyununda Azərbaycanla qarşılaşacaq Qazaxıstanın heyəti tam olaraq açıqlanmasa da, artıq milliyə dəvət alan bəzi oyunçular bəllidir. Apasport.az xəbər verir ki, baş məşqçi Stonimir Stoylov yığmamızla matça “Astana”dan 11 oyunçu dəvət edib.

 

Bu barədə paytaxt klubunun rəsmi saytı xəbər yayıb.

 

Qapıçılar: Nenad Eriç, Aleksandr Mokin

 

Müdafiəçilər: Sergey Malıy, Yuri Loqvinenko, Dmitri Şomko, Yevgeni Postinkov, Abzal Beysebekov

 

Yarımmüdafiəçilər: Serikjan Mujikov, Baxtiyar Zaynutdinov

 

Hücumçular: Roman Murtazayev, Aleksey Şotkin

 

Qeyd edək ki, sözügedən oyun iyunun 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

0