[b]İnyestaya oynayan məşqçi təklifi[/b]
19.05.2018 - 10:42
[b]İnyestaya oynayan məşqçi təklifi[/b]

“Barselona”nın kapitanı Andres İnyesta İngiltərəyə köçə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Mançester Siti” ulduz futbolçuya sürpriz təklif göndərib.

 

Sabah “Real Sosyedad”la qarşılaşmadan sonra Kataloniya klubu ilə vidalaşacaq İnyestanı “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola yanına aparmaqda israrlıdı. Qvardiola sabiq yetirməsinin xidmətindən oynayan məşqçi kimi yararlanmaq niyyətindədi. Lakin Andres bu təklifə hələlik konkret cavab verməyib.

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Andres İnyesta 2002-ci ildən əsas komandanın formasını geyinir.

0