[b]Messi onun alınmasını istədi[/b]
19.05.2018 - 12:27
[b]Messi onun alınmasını istədi[/b]

Andres İnyestanın yerinə oyunçu axtarışına çıxan “Barselona” yay transfer dönəmində 3 futbolçudan birini almağı planlaşdırır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, kataloniyalılar Tiaqo Alkantara, Kristian Eriksen və Miralem Pyaniç arasında seçim edməlidi.

 

İspaniya çempionunun yeni kapitanı Lionel Messi rəhbərlikdən Pyaniçin alınmasını istəyib. Argentinalı superulduz məhz bosniyalı orta sahə oyunçusunun komandanı gücləndirəcəyini düşünür.

 

Qeyd edək ki, 2016-cı ildə “Roma”dan transfer edilən Pyaniçin “Yuventus”la müqavilə müddəti 2021-ci ilə qədərdi.

0