[b]Ulduz futbolçuya məşqçilik təklifi[/b]
19.05.2018 - 13:45
[b]Ulduz futbolçuya məşqçilik təklifi[/b]

“Everton”un hücumçusu Ueyn Runi tezliklə yenidən bu komandaya qayıda bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ABŞ-a köçməyə hazırlaşan ulduz futbolçuya liverpullular yeni təklif göndəriblər.

 

Belə ki, “Everton” rəhbərliyi karyerasını “Di Si Yunayted”də davam etdirmək barədə düşünən Runinin ABŞ-dan qayıtdıqdan sonra klubda çalışmasını istəyir. Bu üzdən ona indidən məşqçilik təklifi edib. 33 yaşlı forvard buna razılıq versə, o, karyerasını bitirdikdən sonra məşqçi kimi “Everton”da çalışmağa başlayacaq.

 

Qeyd edək ki, Ueyn Runi “Everton”a ötən il “Mançester Yunayted”dən keçib.

0