[b]DÇ-2018: Rusiyaya uçuşlar məhdudlaşdırılır[/b]
19.05.2018 - 14:19
[b]DÇ-2018: Rusiyaya uçuşlar məhdudlaşdırılır[/b]

Rusiyada dünya çempionatı ilə bağlı uçuşlar məhdudlaşdırılır. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi yayıb.

 

Bildirilir ki, mundiala hazırlıq və oyunların keçiriləcəyi dönəmlərdə dünya çempionatının keçiriləcəyi şəhərlərə məhdud uçuşlar olacaq. Bunda məqsəd dünyanın ən nüfuzlu turnirinin baş tutacağı məkanların hava üzərindəki təhlükəsizlik tədbirlərini görməkdi. Nazirlik yalnız xüsusi icazələrlə təyin edilmiş şəhərlərə yollanmaq icazəsi verəcək. Bundan başqa, Rusiya limanlarında təhlükəli yüklərin daşınması da dayandırılacaq.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-nə qədər 11 şəhərdə keçiriləcək.

0