Georgi Adamiya: “İntertoto kubokunda “Nitra” klubunu məğlub edəcəyik”
02.06.2008 - 17:50
Georgi Adamiya: “İntertoto kubokunda “Nitra” klubunu məğlub edəcəyik”
Gürcü futbolçu bildirib ki, Rusiyanın “Anji” klubuna transferi gündəmdə deyil: “Bu klubdan mənə təklif gəlməmişdi. Heç həmyerlim Abramidze də komandasının mənimlə maraqlandığını deməyib. Azərbaycanda kənarda çıxış etmək variantlarını da nəzərdən keçirsəm də, ortada real bir şey olmayıb. Yeni mövsümdə də “Neftçi”nin şərəfini qoruyacağam. Hazırda Tiflisdə istirahət edirəm. Bir həftəyə Bakıya qayıdıb, bir illik rəsmi müqaviləyə imza atacağam. “İnter” və “Xəzər-Lənkəran”a keçmək variantları olsa da, sonda “Neftçi” klubuna üstünlük verdim. Hər halda, bu komanda artıq mənim üçün doğmadır. Anlaşmanın müddətini uzadıramsa, deməli, yeni müqavilənin maliyyə tərəfi məni razı salıb”. Avrokuboklarda “Neftçi”nin heyətində qol vura bilməyən 27 yaşlı futbolçu bu dəfə istəyinə çatacağına inanır: “Son üç ildə titulsuz qalmağımızı yeni mövsümdə unutdurmaq fikrindəyik. “Neftçi” ilə ən azı bir dəfə də çempion olmaq istəyirəm. Yeni mövsümün startınadək İntertotoda uğurla çıxış etməyə çalışacağıq. Minimum bir mərhələ adlamalıyıq. Slovakiyanın “Nitra” klubunu keçəcəyimizə inanıram. İntertotoda mümkün qədər çox irəliləməyə çalışacağıq”.
Qeyd edək ki, “Neftçi” UEFA kubokuna çıxmaq üçün ikinci və üçüncü təsnifat mərhələsində uyğun olaraq Belçikanın “Jerminal” və Rumıniyanın “Vasluy” klublarını üstələməlidir.
0