[b]“Neftçi” Avroliqada![/b]
20.05.2018 - 19:10
[b]“Neftçi” Avroliqada![/b]

Topaz Premyer Liqasında mövsümün son turuna start verilib. Apasport.az saytının məlumatına görə, sabah başa çatacaq turun 3 görüşü bu gün keçirilib.

 

Bu qarşılaşmalardan biri – “Səbail” və “Keşlə” arasında Bakı derbisi formal xarakter daşıyıb. Turnir cədvəlində qonşu olan komandaların görüşündə bir qol vurulub. "Keşlə" qələbə qazanıb.

 

Digər iki oyun isə bürünc medal və Avropa Liqasına vəsiqə baxımından önəmli idi. Səfərdə autsayder “Kəpəz”lə görüşən “Neftçi” 2:1 hesablı qələbə qazanaraq bürünc medal və 3-cü yerlə avrokuboklara vəsiqə əldə edib.

 

“Ağ-qaralar”ın iki ən yaxın izləyicisi “Zirə” və “Sumqayıt” isə 4-cü yer uğrunda mübarizə aparıblar. Son dəqiqə qolu ilə qələbə qazanan Ayxan Abbasovun komandası 4-cü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, 3-cü yerin sahibi Avropa Liqasına vəsiqəni təmin edəcəksə, 4-cü pilləni tutan komanda kubokun finalında “Qəbələ”nin “Keşlə” üzərində qələbəsini arzulayacaq.

  

Topaz Premyer Liqası

XXVIII (sonuncu) tur

 

20 may (bazar)

“Səbail” – “Keşlə” - 0:1

Qol: Rəfael Məhərrəmli, 63
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
“Bayıl Arena”

 

“Səbail”: 1. Emil Balayev, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 11. Elman Taqayev, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov, 18. Aqşin Qurbanlı, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 29. Yevgeni Koçuk
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 7. Fəhmin Muradbəyli, 8. Aqşin Muxtaroğlu, 10. Nurlan Novruzov, 21. Murtuz Abakarov, 24. Ruslan Əmircanov, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 92. Vaxıt Orazsaxedov, 99. Jarjue Maudo
Məşqçi: Səttar Əliyev

 

“Keşlə”: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov (k), 9. Pərdis Fərcad-Azad, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 19. Pablo Podio, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 39. Əlibəy Məmmədli, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Baş məşqçi: Yuri Maksimov



“Kəpəz” – “Neftçi” - 1:2

Qırmızı vərəqə: Kirilo Petrov, 87 ("Neftçi")

Qollar: Şəhriyar Rəhimov, 68 - Ruslan Abışov, 63, Lukas Qomez, 79
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu

 

“Kəpəz”: 22. Sergey Litovçenko, 13. Şəhriyar Rəhimov (k), 5. Tural Nərimanov, 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 16. Quili Mandqaladze, 10. Tural Rzayev, 7. Roman Hüseynov, 20. Tərzin Cahangirov, 91. Dario Federiko, 21. Murad Səttarlı
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 9. İlkin Sadıqov, 2. Yusif Cəfərov, 48. Dieqo Souza, 96. Cavid Əsgərov, 66. Qaraxan Əliyev, 19. Emin Zamanov, 72. Şöhrət Quliyev, 17. Əli Səmədov, 16. Ayxan Səməmədov
Baş məşqçi: Yunis Hüseynov

 

“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 11. İqnasio Errera, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 25. Kirilo Petrov, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 9. Lukas Qomez, 12. Mayk Kampaz, 19. Fransisko Qarsiya, 77. Elvin Sərkərov

Baş məşqçi: Tərlan Əhmədov

 


“Sumqayıt” – “Zirə” - 1:2

Qollar: Cavid İmamverdiyev, 13 - Dedov, 69, Tounkara, 90+3
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt şəhər stadionu

 

“Sumqayıt”: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 36. Süleyman Süleymanov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 32. Rəşad Eyubov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev
Baş məşqçi: Samir Abasov

 

“Zirə”: 1. Anar Nəzirov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 9. Aleksandr Dedov, 11. Viktor İqbekoyi, 14. Tellur Mütəllimov, 17. Vüsal İsgəndərli, 18. Yani Urdinov, 39. Sadiq Quliyev, 38. İlkin Muradov, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Sadio Tounkara, 10. Orxan Əliyev, 16. İbrahim Aslanlı, 29. Comal Uilyams, 57. Kənan Zülfüqarov, 77. Mirsahib Abbasov, 87. Müşfiq İlyasov, 88. Elşən Abdullayev 
Baş məşqçi: Ayxan Abbasov

 

 

1.

Qarabağ

27

19

5

3

36:13

62

2.

Qəbələ

27

14

7

6

43:25

49

3.

Neftçi

28

14

4

10

39:28

46

4.

Zirə

28

12

8

8

36:30

44

5.

Sumqayıt

28

11

7

8

34:33

40

6.

Keşlə

28

8

7

13

29:39

31

7.

Səbail

28

6

5

17

19:39

23

8.

Kəpəz

28

3

5

20

18:47

14

 

Bombardirlər: Baqali Dabo (“Qəbələ”) – 13 qol; Amil Yunanov ("Sumqayıt") - 10 qol; Stiven Monroz ("Qəbələ") - 9 qol.

 

0