[b]“5”ə doğru ilk addım[/b]
19.05.2018 - 23:11
[b]“5”ə doğru ilk addım[/b]

Bu gün Türkiyə çempionu adını qazanan “Qalatasaray” 21-ci dəfə Superliqanın qalibi olub. Apasport.az saytının məlumatına görə, bu göstəricidə rekordçu olan İstanbul təmsilçisi öz göstəricisini yaxşılaşdırıb.

 

Hər 5 çempionluq üçün verilən ulduzlardan dördünə sahib olan yeganə Türkiyə klubu beşinciyə doğru ilk addımını atıb. Bunadək “Qalatasaray” 1962, 1963, 1969, 1971, 1972, 1973, 1987, 1988, 1993, 1994, 1997, 1998, 1999, 2000, 2002, 2006, 2008, 2012, 2013, 2015-ci illərdə də ölkəsinin ən yaxşısı olub.

 

21-ci çempionluq “sarı-qırmızılar”ı ən yaxın izləyicisi “Fənərbaxça”dan uzaqlaşdırıb. Artıq iki nəhəng arasında 2 çempionluq qədər fərq var. Sonuncular 1959, 1961, 1964, 1965, 1968, 1970, 1974, 1975, 1978, 1983, 1985, 1989, 1996, 2001, 2004, 2005, 2007, 2011, 2014-ci illərdə qızıl medallara yiyələnib.

 

Çempionluq sayında 3-cü olan “Beşiktaş”ın 15 uğuru var. Onlar 19571, 19581, 1960, 1966, 1967, 1982, 1986, 1990, 1991, 1992, 1995, 2003, 2009, 2016, 2017-ci illərdə sevinib.

 

İstanbul klubları ümumilikdə 55 dəfə ən yaxşı olubsa, 7 dəfə titul digər şəhərlərə gedib. Türkiyənin 5 çempionundan yalnız ikisi İstanbulu təmsil etmir. “Trabzonspor” 6 (1976, 1977, 1979, 1980, 1981, 1984), “Bursaspor” 1 (2014) uğura sahibdi.

0