[b]Aykut Kocaman “Liverpul”un “baş məşqçisi” olacaq[/b]
20.05.2018 - 17:37
[b]Aykut Kocaman “Liverpul”un “baş məşqçisi” olacaq[/b]

Dirk Kayt futbolla vidalaşmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, “Liverpul”, “Feyenord” və “Fənərbaxça”nın keçmiş futbolçusu üçün vida matçı keçiriləcək.

 

27 mayda keçirilməsi planlaşdırılan oyunda əfsanələrdən ibarət bir neçə komandanın olacağı gözlənilir.

 

Komandalardan biri Kaytın “Liverpul” və “Fənərbaxça”da birlikdə meydana çıxdığı oyunçulardan ibarət olacaq. Artıq “Liverpul”lulardan Yeji Dudek, Stiven Cerrard, Xabi Alonso, Ceymi Karrager, Robbi Fauler, Kreyq Bellami, “Fənərbaxça”lılardan isə Kristian Baroni, Raul Meyreleş və Pyer Vebo meydana çıxmağa razılıq verib. Qapıçı Volkan Dəmirəlin isə yaxın günlərdə qərar verəcəyi gözlənilir. Bu komandanın baş məşqçisi Aykut Kocaman olacaq.

 

Artıq 9 min biletin satıldığı yubiley görüşündə 2 komanda yenə olacaq. Ronlad Kumanın rəhbərlik etdiyi “Feyenord”un əfsanələri ilə Lui Van Qalın başçılıq etdiyi Hollandiya millisinin əfsanələri də Kaytı yola salmaq üçün meydana çıxacaqlar.

0