“Karvan” klubunun transferə çıxardığı futbolçular Türkmənistanda oynayacaqlar
03.06.2008 - 09:33
“Karvan” klubunun transferə çıxardığı futbolçular Türkmənistanda oynayacaqlar
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Yevlaxın “Karvan” klubunun sabiq futbolçuları Türkmənistan yığmasının heyətində qol vurublar. “APA-Sport” agentliyinin məlumatına görə, Məkan Nəsirovla Məmmədəli Karadanov DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində KXDR ilə qarşılaşmada hərəyə bir qol vurub. Aşqabadda keçirilən və 4:1 hesabı ilə nəticələnən görüşdə “Karvan”ın sabiq oyunçuları, həmçinin “Neftçi”nin yarımmüdafiəçisi Nazar Bayramov start heyətində yer alıb. 90 dəqiqə meydanda olan digər iki oyunçudan fərqli, M.Karadanov 77-ci dəqiqədə əvəzlənib və bu müddətdə qolla yanaşı, sarı vərəqə də alıb. M.Nəsirov 41-ci dəqiqədə hesabı bərabərləşdiribsə, M.Karadanov görüşdə son qolu vurub. Türkmənistan yığması Asiya zonasının 3-cü seçmə qrupunda 3 oyundan sonra 3 xal toplamaqla, qrupda sonuncu 4-cü pillədə qərarlaşıb. Onlar iyunun 7-də KXDR ilə səfərdə görüşəcək.
Qeyd edək ki, “Karvan”ın sabiq oyunçuları özlərinə yeni klub da tapıblar. M.Nəsirov “Mərv”, M.Karadanov isə digər sabiq “Karvan”lı Berdı Şamuratovun da çıxış etdiyi MTTU-nun təmsilçisi kimi yığmaya qoşulub.
0