[b]Avropanın ən güclüsü “Real” oldu[/b]
21.05.2018 - 00:13
[b]Avropanın ən güclüsü “Real” oldu[/b]

Kişi basketbolçuların Avroliqa turnirində qalib bəlli olub. Apasport.az saytının məlumatına görə, Serbiyanın Belqrad şəhərində keçirilən final oyununda “Fənərbaxça” ilə “Real” qarşılaşıb.

 

Görüş 85:80 hesabıyla madridlilərin qələbəsi ilə başa çatıb. Bununla da, “Fənərbaxça” ardıcıl ikinci dəfə Avropanın ən güclüsü olmaq arzularına çata bilməyib.

 

Qeyd edək ki, üçüncülük matçında “Jalgris”lə MOİK üz-üzə gəlib. Görüş litvalıların 79:77 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Avropa Liqası

Final

“Fənərbaxça” (İstanbul, Türkiyə) – “Real” (Madrid, İspaniya) – 80:85

 

Üçüncülük oyunu

MOİK (Moskva, Rusiya) – “Jalgris” (Kaunas, Litva) – 77:79

0