[b]NBA: "Qolden Steyt" final seriyasında önə keçdi - VİDEO[/b]
21.05.2018 - 09:40
[b]NBA: "Qolden Steyt" final seriyasında önə keçdi - VİDEO[/b]

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə Qərb konfransında final seriyasının üçüncü görüşü keçirilib.

 

"Qolden Steyt Vorriorz" "Hyuston Rokets"i qəbul edib. Oyun başdan-sona ev sahiblərinin üstünlüyü şəraitində keçib. Nəticədə, 35 xal toplayan Stefen Körrinin damğa vurduğu görüş "Qolden Steyt"in 41 xal fərqli qələbəsi ilə yekunlaşıb. Bununla da, "Vorriorz" seriyada 2:1 önə keçib.

 

NBA

Pley-off

Qərb konfransı, final seriyası (3-cü oyun)

"Qolden Steyt Vorriorz" - "Hyuston Rokets" - 126:85

"Qolden Steyt": Körri (35 xal, 6 ribaund, 1 assist, 1 blok), Durant (25 xal, 6 ribaund, 6 assist, 1 top oğurlama)

"Hyuston": Harden (20 xal, 9 assist, 5 ribaund, 1 top oğurlama, 1 blok), Pol (13 xal, 10 ribaund, 4 assist, 2 blok, 1 top oğurlama)

Seriyada hesab - 2:1 ("Qolden Steyt")

 

0