[b]Nadal İtaliyada 8-ci çempionluğunu qazandı[/b]
21.05.2018 - 10:50
[b]Nadal İtaliyada 8-ci çempionluğunu qazandı[/b]

İtaliyanın paytaxtı Romada keçirilən "İtaliya Open" tennis turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, həm kişi, həm də qadın tennisçilərin mübarizəsində qaliblər müəyyənləşib.

 

Kişilərin həlledici görüşündə Rafael Nadal Aleksandr Zverevlə qarşılaşıb. İspan tennisçi 2 saat 9 dəqiqə davam edən matçı üç set sonunda qazanaraq, Romada 8-ci dəfə çempionluq sevinci yaşayıb.

 

İtaliya Open

Kişilər

Final

Rafael Nadal (İspaniya) - Aleksandr Zverev (Almaniya) - 2:1 (6:1, 1:6, 6:3)

 

Bununla da, Rafael Nadalın yeni açıqlanacaq ATP dünya sıralamasında Rocer Federeri keçərək, birinci pilləyə yüksələcəyi dəqiqləşib.

 

Qadınların finalında isə Simona Haleplə Elina Svitolina üz-üzə gəlib. Birinci setdə rəqibinə qeym verməyən, ikinci setdə isə üçüncü qeymdə qazandığı "breyk" üstünlüyünü əldən verməyən ukraynalı raketka ustası oyundan 2:0 hesabı ilə qalib ayrılaraq, "İtaliya Open"dəki ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirib.

 

İtaliya Open

Qadınlar

Final

Simona Halep (Rumıniya) - Elina Svitolina (Ukrayna) - 0:2 (0:6, 4:6)

0