[b]NHL: İlk finalçı müəyyənləşdi[/b]
21.05.2018 - 11:50
[b]NHL: İlk finalçı müəyyənləşdi[/b]

Milli Xokkey Liqasında (NHL) ilk finalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qərb konfransının final seriyasında 5-ci oyun keçirilib.

 

"Vinnipeq Jets" "Veqas Qolden Nayts"ı qəbul edib. İkinci periodda Rivzin vurduğu qol oyunun və seriyanın taleyini həll edib. Beləliklə, qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılan "Veqas" seriyanı 4:1 öndə tamamlayaraq, Stenli kuboku uğrunda həlledici görüşdə oynamaq haqqı əldə edib.

 

NHL

Pley-off

Qərb konfransı, final (5-ci oyun)

"Vinnipeq Jets" - "Veqas Qolden Nayts" - 1:2

Qollar: Morrison, 17 - Tak, 5, Rivz, 33

Seriyada hesab - 4:1 ("Veqas" NHL finalında)

 

Qeyd edək ki, NHL tarixində üçüncü dəfədi ki, yeni yaranan komanda ilk ilindəcə finala vəsiqə qazanır. Daha öncə "Toronto Arenas" və "Sent-Luis" eyni uğura imza atmışdılar.

0