[b]Alleqrinin taleyinə aydınlıq gəldi[/b]
21.05.2018 - 14:45
[b]Alleqrinin taleyinə aydınlıq gəldi[/b]

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin taleyinə aydınlıq gəlib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis komandasında qalacaq.

 

Belə ki, 51 yaşlı çalışdırıcı klubun vitse-prezidenti Pavel Nedved və baş direktoru Cüzeppe Marotta ilə görüşüb. Tərəflər yeni müqavilə məsələsində ortaq məxrəcə gəliblər. Hazırkı anlaşması 2020-ci ilə qədər olan baş məşqçinin bunu daha bir il uzatması nəzərdə tutulub.

 

Qeyd edək ki, Massimiliano Alleqri 2014-cü ildən “Yuventus”a rəhbərlik edir.

0