[b]Emeri “Arsenal”ı çalışdıra bilər[/b]
21.05.2018 - 14:47
[b]Emeri “Arsenal”ı çalışdıra bilər[/b]

PSJ-nin sabiq baş məşqçisi Unai Emeri karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, Mikel Arteta “Arsenal”ın baş məşqçi postuna əsas favorit hesab olunsa da, Emerinin CV-sinin zənginliyi onun “topçular”ı çalışdırması ilə nəticələnə bilər.

 

Digər tərəfdən, “Arsenal”ın orta büdcə ilə işləyə biləcək çalışdırıcı axtarışında olması da ispan mütəxəssisi ön plana çıxarır. Belə ki, Emeri “Sevilya”nın o qədər də yüksək olmayan maliyyə resurslarına rəğmən, əndəlus klubu ilə ardıcıl 3 dəfə Avropa Liqasının qalibi olmağı bacarmışdı.

 

Qeyd edək ki, Unai Emeri PSJ-ni çalışdırdığı iki il ərzində 7 titul qazanıb.

0