[b]Dario “Neftçi”nin təklifinə qiymət oxudu [/b]
21.05.2018 - 15:19
[b]Dario “Neftçi”nin təklifinə qiymət oxudu [/b]

“Kəpəz”dən ayrılan Dario Federiko karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Neftçi” “sambaçı”nı heyətinə qatmaq fikrindədi.

 

Tərəflər arasında bir müddətdi danışıqlar aparılmasına baxmayaraq, hələ də ortaq məxrəcə gəlmək mümkün olmayıb. Buna səbəb 27 yaşlı hücumameylli oyunçunun tələbi ilə “ağ-qaralar”ın təklifinin üst-üstə düşməməsidi.

 

Məsələ burasındadı ki, artıq azad agent statusu daşıyan Federiko “Neftçi”dən ilinə 150 min dollar istəyir. Ancaq paytaxt təmsilçisi bu məbləğin yüksək olduğu qənaətindədi. Hələlik razılıq əldə olunmasa da, danışıqlar davam edir.

 

Qeyd edək ki, Dario Federiko “Kəpəz”ə bu ilin yanvarında Cənubi Koreya klubu "Sonnam"dan keçmişdi.

0