[b]Buffon PSJ ilə nə vaxt müqavilə bağlayacaq?[/b]
21.05.2018 - 16:14
[b]Buffon PSJ ilə nə vaxt müqavilə bağlayacaq?[/b]

Canluici Buffon karyerasını PSJ-də davam etdirəcək. Apasport.az xəbər verir ki, bu iddia ilə İtaliya KİV-i çıxış edib.

 

Bildirilir ki, “Yuventus”la yollarını ayıran əfsanəvi qolkiper PSJ ilə ortaq məxrəcə gəlib. 40 yaşlı qolkiperin yeni komandası ilə nə zaman münasibətləri rəsmiləşdirəcəyi də vurğulanıb. Belə ki, həmkarlarımız mayın 23-də Buffonun PSJ ilə 2 illik müqavilə imzalayacağını yazıblar.

 

Qeyd edək ki, “Yuventus”da 17 mövsüm keçirən Canluici Buffon “qoca sinyora” ilə 9 dəfə Skudettonu qazanıb.

0