[b]Yığmamızın Lüksemburqla oyunun vaxtı açıqlandı[/b]
21.05.2018 - 16:37
[b]Yığmamızın Lüksemburqla oyunun vaxtı açıqlandı[/b]

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunlarında daha birinin keçirilmə günü və başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri Lüksemburqla avqustun 18-də üz-üzə gələcək.

 

II tur çərçivəsində baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Lüksemburqluların ölkəmizdəki oyunun tarixi isə hələlik dəqiqləşməyib.

 

Qeyd edək ki, voleybolçularımız Lüksemburq, İsveç və Yunanıstanla da G qrupunda yer alıb.

0