[b]Hamza Hamzaoğlu da getdi[/b]
21.05.2018 - 19:49
[b]Hamza Hamzaoğlu da getdi[/b]

Daha bir baş məşqçi Super Liqa klubundan istefa verib. Apasport.az saytının məlumatına görə, Samet Aybabanın “Sivasspor”dan, Rıza Çalımbayın isə “Trabzonspor”dan ayrılmasının ardından Hamza Hamzaoğlunun “Antalyaspor” karyerası da erkən başa çatıb.

 

Belə ki, klubla çalışdırıcı arasında əldə olunan razılığa əsasən, əməkdaşlığa son qoymaq qərara alınıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, 48 yaşlı mütəxəssis qış fasiləsindən Antalya təmsilçisini çalışdırırdı. “Qırmızı-ağlar” onun rəhbərliyi altında mövsümü 38 xalla 14-cü pillədə başa vurub.

0