[b]Kapitanlar “kəllə-kəllə”yə gəldi, “Qəbələ” azlıqda qaldı[/b]
21.05.2018 - 20:02
[b]Kapitanlar “kəllə-kəllə”yə gəldi, “Qəbələ” azlıqda qaldı[/b]

Topaz Premyer Liqasının XXVIII – son turunun son oyununda insident yaşanıb. Apasport.az saytının məlumatına görə, görüşün ilk hissəsinə əlavə olunmuş birinci dəqiqədə nominal meydan sahiblərinin kapitanı Cavid Hüseynov qırmızı vərəqə alıb.

 

Buna səbəb onun “Qarabağ”lı Danini vurması olub. Epizodun davamında rəqib komandanın kapitanı Rəşad Sadıqovla da mübahisə edən Hüseynov onunla da “kəllə-kəllə”yə gəlib.

 

Qeyd edək ki, sözügedən oyunun ilk hissəsi “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

0