[b]Cavid Hüseynov: Millidən kənarda qalmaq? Hər şey mümkündü[/b]
21.05.2018 - 22:00
[b]Cavid Hüseynov: Millidən kənarda qalmaq? Hər şey mümkündü[/b]

“Motivasiya doğrudan da yox idi. Buna baxmayaraq, mövsümü məğlubiyyətsiz də başa vurmaq olardı. 3 qol şansımız oldu. Birincisini elə mən vurmalı idim. Lakin heç birindən yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXVIII tur matçı barədə danışarkən deyib.

 

30 yaşlı yarımmüdafiəçi oyun zamanı meydandan qovulması və Ağdam komandasının kapitanı Rəşad Sadıqovla “kəllə-kəllə”yə gəlməsinə də toxunub: “Yenə də problem yoxdu (gülür). Millidən kənarda qalmaq? Həyatda hər şey mümkündü. Əslində elə bir şey olmamışdı. Həmin epizodda əvvəlcə Miçellə danışırdım. Sonradan Dani Kintana arxadan deyinə-deyinə gəldi. Deyəsən, söyüş söyürdü. Mən də əsəblərimi cilovlaya bilmədim. Dedim ki, mən Miçellə danışıram, sən niyə özünü araya soxursan? Ani qığılcım baş verdi. Sonradan Kintana üzr istədi”.

 

Hüseynov sonda “Keşlə” ilə keçirəcəkləri Azərbaycan Kubokunun final matçındakı şanslarına da toxunub: “Qəbələ”nin kuboku qazanma şansları yarıbayarıdır. Final bir oyundan ibarətdir. Gərgin və maraqlı görüş olacaq”.

0