[b]“Azərbaycan yığmasında oynamaq mənim üçün şərəfdi” – Almeyda[/b]
21.05.2018 - 22:20
[b]“Azərbaycan yığmasında oynamaq mənim üçün şərəfdi” – Almeyda[/b]

“Qarabağ”ın və milli komandamızın yarımmüdafiəçisi Riçard Almeyda “Qəbələ” ilə oyundan sonra (1:0) apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- “Qarabağ”la son matçınız idi...

- Təkcə futbolda yox, həyatda da belədi. Hansısa dövr başa çatır, bir yenisi başlayır. Azərbaycanda keçirdiyim illərdən ancaq xoş xatirələr qalacaq. Bu gediş vida deyil, bəlkə də geri döndüm, həyatda hər şey ola bilər.

 

- “Fiorentina” və digər klubların adı çəkilir. Dəqiqləşən bir şey var?

- Yox hələ dəqiq qərar verməmişəm. “Fiorentina” haqqında isə eşitməmişəm.

 

- Bəs hansı ölkələrdən təkliflər var?

- Müqavilə imzalananda hamı biləcək.

 

- Ölkə xaricində hansısa klubda çıxış edəcəyiniz halda, yığmaya gələcəksinizmi yenə?

- Nə qədər ki, mənə ehtiyac var, hər çağırışda millinin yanında olacam. Azərbaycan yığmasında oynamaq mənim üçün şərəfdi.

 

- Altı ildir ki, burda yaşayırsınız, millidə də çıxış edirsiniz. Biz sizi özümüzünkü kimi bilirik. Siz özünüzü necə hiss edirsiniz?

- Təbii ki, qarşılıqlıdı hisslərimiz. Təkcə mən yox, hətta həyat yoldaşım da özünü burda yad hiss eləmir.

 

- Gedişinizdə həlledici məqam nə oldu?

- Futbol oynayan daha yaxşı bilər, bəzən nəyisə dəyişmək lazım gəlir. Məndə də məhz bu ehtiyac səbəbindən nəzərə aldıq ki, yerimizi dəyişək.

 

- Reynaldo “Qarabağ”dan gedəndən sonra karyerasında eniş yaşandı, bundan ehtiyatlanmır?

- Bu məsələ futbolçunun özündən asılıdı.

0