[b]Dabo mükafatını aldı[/b]
21.05.2018 - 22:47
[b]Dabo mükafatını aldı[/b]

Topaz Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin futbolçusu Baqali Dabo çempionatın ən yaxşı bombardiri olub.

 

27 oyunda 13 qol vuran 30 yaşlı hücumçu Premyer Liqanın ən məhsuldar futbolçusu adına yiyələnib.

 

Bu gün keçirilən XXVIII turun “Qəbələ” - “Qarabağ” oyunundan (0:1) sonra təşkil olunan mükafatlandırma mərasimində Daboya ən yaxşı bombardir titulu təqdim olunub.

 

O, “Qəbələ”nin tarixində bu uğura imza atan 2-ci futbolçudur. Ötən mövsümdə 11 qol vuran Filip Ozobiç də bombardir adını qazanmışdı.

 

Qeyd edək ki, “Səbail” (V tur), “Kəpəz” (XI tur) və “Səbail”lə (XIII tur) matçlarda iki qol vuran Dabo “Neftçi” (VI tur), “Neftçi” (XII tur), “Keşlə” (XIV tur), “Zirə” (XVI tur), “Səbail” (XVII tur), “Keşlə” (XX tur) və “Sumqayıt”la (XXVII tur) qarşılaşmaların hərəsində 1 dəfə fərqlənib.

0