[b]“Bu barədə bir şey danışa bilmərəm” – Ramil Şeydayev[/b]
21.05.2018 - 23:22
[b]“Bu barədə bir şey danışa bilmərəm” – Ramil Şeydayev[/b]

“Çempion olduğumuz üçün şadam. Düzdür, burada çox oynamadım. Amma daha yaxşı səviyyədə olmaq üçün bundan da da çox işləyəcəm. Qızıl medalın qazanılmasında əməyi olan hər kəsə təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ramil Şeydayev deyib.

 

TPL-in son turunda “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandıran milli üzvü gözlənildiyi qədər qol vura bilməməsindən doğan tənqidlərə şərh vermək istəməyib: "Şərhsiz. Bu, sizin şəxsi mövqeyinizdir”.

 

Şeydayev “Qarabağ”dakı taleyinə hələ aydınlıq gəlmədiyini də vurğulayıb: “Hələ heç nədən xəbərim yoxdu. Bu barədə bir şey danışa bilmərəm. “Neftçi”dən də mənimlə əlaqə saxlayan olmayıb. Onların mənimlə maraqlandıqlarından məlumatsızam. Müqavilə üzrə məxsus olduğum “Trabzonspor”a dönmək? Baxacağıq. Hələlik heç kiminlə danışmamışam. Fikirləşəcəyəm. Oynamaq istəyirəm. Amma harada çıxış edəcəyimi bilmirəm”.

 

Gənc forvard hazırkı klubunda keçirdiyi mövsümü isə belə dəyərləndirib: “Burada çempion oldum. Bu, yaxşı haldır. “Jilina”nın heyətində də Slovakiya çempionu olmuşdum. Oyun planında isə az çıxış etdim. Xeyli məşq etmiş, öz üzərimdə çalışmışam. Klubuma, hər kəsə minnətdaram”.

0