[b]“Volfsburq” Bundesliqada qaldı[/b]
22.05.2018 - 01:27
[b]“Volfsburq” Bundesliqada qaldı[/b]

“Volfsburq” yeni mövsümdə də Bundesliqada mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, “canavarlar” pley-off cavab oyununda “Kiel” üzərində 1:0 hesablı qələbə qazanaraq yüksək dəstədəki yerini qoruyub.

 

Bundesliqada mövsümü 16 sırada başa vuran komanda II Bundesliqanın 3-cüsünü ilk oyunda da yenmişdi – 3:1.

 

Qeyd edək ki, daha əvvəl “Köln” və “Hamburq” Bundesliqanı tərk etmiş, “Fortuna Düsseldorf” və “Nürnberq” onların yerinə gəlmişdi.

0