[b]Azərbaycan kubokunun qalibi bilindi - YENİLƏNİB[/b]
22.05.2018 - 17:10
[b]Azərbaycan kubokunun qalibi bilindi - YENİLƏNİB[/b]

Bu gün futzal üzrə Azərbaycan kubokunun final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə “Marafon Futsal” “Uğur”la üz-üzə gəlib.

 

Azərbaycan çempionatında gümüş mükafata layiq görülən birincilər aşağı dəstə təmsilçisi önündə favorit idi. Doğrudu, görüşdə ilk iki qolu "Uğur" vurub. Lakin əzmkar qələbə qazanan "Marafon Futsal" ölkə kubokunun qalibi olub.

 

Azərbaycan kuboku

Final

22 may

 

“Marafon Futsal” – “Uğur” FK - 9:6

Qollar: A. Bolouki, 4:58, 18:30, O. Talebi, 14:06, 39:40, R. Sultanov, 16:20 (10 met.), 17:03 (10 met.), S. Məmmədov, 27:20, 37:52, E. Barati, 37:40 // A. Nasrolla, 0:18, 17:33 (10 metr.), A. Ebrahimi, 3:18, 34:15, R. Amoni, 35:51,H. Salari, 39:59

Sarı vərəqə: S. Məmmədov, 3:18, A. Bolouki, 10:27, K. Mehdipour, 11:14, R. Sultanov, 11:29, M. Hacıbandeh, 16:02 // B. Jafari, 9:59, M. Geşani, 11:29, A. Ebrahimi, 12:16, E. Hoseini, 29:50, R. Amoni, 30:10

Qırmızı vərəqələr: A. Bolouki, 37:05 (ikinci sarı) // M. Geşani, 36:20 (ikinci sarı), A. Nasrolla, 36:50 (ikinci sarı)

Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov
Hakim-inspektor: Şahin Cəfərov

Bakı İdman Sarayı

“Marafon Futsal”: 12. Kesra Mehdipour (q), 4. Majid Hacıbandeh, 7. İlkin Hacıyev, 10. Seymur Məmmədov, 20. Elyas Barati, 2. Kamran Hacıyev (q), 9. Omid Talebi, 8. Renat Sultanov (k), 22. Arif Bolouki, 11. Hamid Khodaei, 77. Saeid Goodarzi, 99. Rüstəm Bağırzadə, 13. Tofik Əliyev

Baş məşqçi: Elşad Quliyev

“Uğur” FK: 1. Aydın Bəyişli (q), 2. Ebolfaz Hoseini, 4. Hamid Salari, 10. Ali Ebrahimi, 6. Amin Nasrolla, 16. Seyfan Vahid (q), 8. Alirza Sheiklar, 9. Mohsen Geşani, 5. Fəyyar Hüseynov, 7. Behroz Jafari, 22. Yadulla Əmrəliyev (k), 11. İlqar Abbasov

Baş məşqçi: Fuad Rzayev

0