[b]Amil Yunanov “Sumqayıt”dan ayrıldı: Sərf eləmədi [/b]
22.05.2018 - 12:24
[b]Amil Yunanov “Sumqayıt”dan ayrıldı: Sərf eləmədi [/b]

Amil Yunanov “Sumqayıt”dan ayrılıb. Bu barədə apasport.az saytına futbolçunun özü məlumat verib.

 

O bildirib ki, rəhbərlik yeni müqavilə təklifi etsə də, maddi məsələdə ortaq məxrəcə gələ bilməyiblər: “Klub mənə yeni birillik anlaşma təklif etdi. Sadəcə, maliyyədə razılaşa bilmədik. Yeni təklif mənə sərf etmədiyi üçün belə qərar qəbul etdim. Milli komandanın futbolçusuyam, bunu da nəzərə almalıyam”.

 

Yunanov hələlik konkret təklifinin olmadığını və yığmanın oyunlarından sonra bu məsələyə baxacağını söyləyib.

 

Qeyd edək ki, Amil Yunanov Premyer Liqanın geridə qalan mövsümünü 10 qolla tamamlayıb.

0