[b]DÇ-2018: Rəqiblər kapitan üçün FİFA-ya məktub yazdı[/b]
22.05.2018 - 19:45
[b]DÇ-2018: Rəqiblər kapitan üçün FİFA-ya məktub yazdı[/b]

Narkotikdən istifadə etdiyi üçün cəza müddəti 6 aydan 14 aya yüksəldilən Peru yığmasının kapitanı Paolo Gerrero üçün rəqib komandalar birlik nümayiş etdirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Perunun DÇ-2018-in qrup mərhələsindəki rəqibləri FİFA-ya məktub yazıb.

 

Belə ki, Fransanın kapitanı Uqo Lloris, Avstraliyanın lideri Mile Yedinak və Danimarkanın kapitan Simon Kyaer ali futbol qurumuna məktub yazaraq, 34 yaşlı futbolçunun bağışlanmasını tələb ediblər. Onlar 34 ildən sonra ilk dəfə mundiala vəsiqə qazanan Perunun kapitanının bu turnirdən kənarda qalmasını istəmirlər.

 

Qeyd edək ki, Peru dünya çempionatında ilk oyununu iyunun 16-da Danimarkaya qarşı keçirəcək.

0