[b]DÇ-2018: Rusiya yığmasının dopinq-testinin nəticəsi açıqlandı[/b]
22.05.2018 - 21:39
[b]DÇ-2018: Rusiya yığmasının dopinq-testinin nəticəsi açıqlandı[/b]

Rusiya yığmasının futbolçuları dopinq-testdən keçirilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, testin nəticələri artıq açıqlanıb.

 

Anti-dopinq qaydalarının pozulması ilə məşğul olan vəkil Riçard Maklaren bununla bağlı hesabat hazırlayıb. Məlum olub ki, dünya çempionatına hazırlaşan şimal qonşularımızın futbolçularının heç birində dopinq aşkar edilməyib.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-nə qədər Rusiyada keçiriləcək.

0