[b]Ulduz futbolçu Kəbədən səsləndi - VİDEO[/b]
23.05.2018 - 00:37
[b]Ulduz futbolçu Kəbədən səsləndi - VİDEO[/b]

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba Ümrə ziyarətinə gedib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı futbolçu sosial şəbəkə vasitəsilə Kəbədən canlı yayım edib.

 

Ulduz futbolçu heyranlarına məhz həmin yayım zamanı səslənib: “Yalnız bura gələnlər nələr hiss etdiyimi başa düşərlər. Buranı görməmisinizsə, bir gün mütləq gəlin. Möhtəşəm yerdi. Hisslərimi izah edə bilmirəm. İnşallah, sizə də bura gələrsiniz”.

 

Poqbanın bu paylaşımı izləyiciləri tərəfindən 3,4 milyon dəfə izlənilib və videoya 37 min şərh yazılıb.

 

Qeyd edək ki, Pol Poqba geridə qalan mövsüm Premyer Liqada 27 oyun keçirib, 6 qola imza atıb.

 

0