[b]Samir Əliyev “31”lə getdi[/b]
23.05.2018 - 09:46
[b]Samir Əliyev “31”lə getdi[/b]

“Səbail”in yollarını ayırdığı Samir Əliyev postunda cəmi 1 mövsüm qalıb. Apasport.az saytının məlumatına görə, 2017-ci ilin yayından paytaxt klubuna rəhbərlik edən 39 yaşlı mütəxəssis komandaya 31 oyuna çıxarıb.

 

Bu görüşlərdə onun yetirmələri 7 qələbə qazanıb, 5 heç-heçə edib. 19 məğlubiyyət görən Əliyevin komandası rəqib qapısına 23 qol vurub və təxminən ikiqatını – 45-ni buraxıb.

 

Topaz Premyer Liqasının debütantı 28 qarşılaşmaya çıxıb. 6 qələbə, 5 heç-heçə və 17 məğlubiyyəti olan “Səbail” 19 qol vurub, 39-nu buraxıb. Azərbaycan kubokunda 3 görüşdə komandasına rəhbərlik edən Əliyev 1 qələbə və 2 məğlubiyyət yaşayıb. Həmin görüşlərdə rəqib qapısına 4 dəfə yol tapan bakılılar 6 topa üzülüb.

0