[b]Klublar lisenziya almağa cəhd etmədi - vaxt bitdi[/b]
23.05.2018 - 11:41
[b]Klublar lisenziya almağa cəhd etmədi - vaxt bitdi[/b]

Topaz Premyer Liqasında mübarizə aparmaq istəyən I divizion klublarına Apellyasiya Komitəsinə şikayət etmək üçün qoyulan vaxt bitib. AFFA Lisenziyalaşdırma qrupunun müvəqqəti rəhbəri Sərxan Hacıyev apasport.az saytına açıqlamasında heç bir komandanın müraciət etmədiyini deyib.

 

O bildirib ki, AFFA-nın Lisenziya Komissiyası aşağı dəstə təmsilçilərindən yalnız “Sabah”a lisenziya verib: “Mayın 12-də Lisenziya Komissiyasının iclası keçirilmişdi. Lisenziya iddiaçısının 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti etmək hüququ var idi. Dünən artıq son gün idi. Lakin I divizion təmsilçilərinin heç biri apellyasiya şikayəti etmədi. Yəni onlardan yalnız “Sabah” lisenziya ala bildi”.

 

Qeyd edək ki, AFFA Lisenziya Komissiyası Premyer Liqada oynamaq istəyən aşağı dəstə klubları “Binə”, “Xəzər”, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, "Şüvəlan" və “Zaqatala”ya lisenziya verməmişdi. Yalnız “Ağsu” Premyer Liqa ilə bağlı müraciət etməmişdi.

0