[b]BBC açıqladı: Billiat Azərbaycana yollanır[/b]
23.05.2018 - 13:23
[b]BBC açıqladı: Billiat Azərbaycana yollanır[/b]

“Qarabağ”a transferi gözlənilən Xama Billiat “Mamelodi Sandaunz”un heyətində son oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komanda Afrika Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Horoya”nın qonağı olub.

 

Qvineyada keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmada qonaqların ilk qoluna 69-cu dəqiqədə məhz Billiat imza atıb. İkinci qolda isə o, komandasına penalti qazandırıb. Futbolçu 90-cı dəqiqədə baş məşqçi tərəfindən əvəzlənib.

 

BBC bunun “Mamelodi Sandaunz”la müqavilə müddəti mayın sonuna qədər olan Billiatın vida matçı olduğunu yazıb. Xəbərdə Zimbabve millisinin üzvünün karyerasını ölkəmizdə davam etdirəcəyi də vurğulanıb: “Billiat 6 il formasını geyindiyi “Mamelodi Sandaunz”la vidalaşdı. Bundan sonra yeni komandasına keçəcək. Hücumçu çox güman ki, Azərbaycan klubuna yollanacaq”.

0