[b]“Kəpəz” Premyer Liqanı tərk etsə...[/b]
23.05.2018 - 16:00
[b]“Kəpəz” Premyer Liqanı tərk etsə...[/b]

Topaz Premyer Liqasının başa çatan 2017/18 mövsümünün qarşılaşmalarını 224 min 826 tamaşaçı izləyib. Apasport.az saytının məlumatına görə, baş tutan 112 oyunda orta hesabla 2007 seyrçi olub.

 

Son illərdə formalaşan ənənə yenə davam edib. Söhbət “Kəpəz”in aşkar liderliyindən gedir.  Çempionatın ümumi azarkeş sayının təxminən 40 faizi Gəncədəki matçlara təsadüf edib.

 

Ümumiyyətlə, Azərbaycan çempionatının ən çox sevilən üç komandası köklü klublardı. “Kəpəz”dən sonrakı pillələrdə “Qarabağ”la “Neftçi” qərarlaşıb. Lakin Premyer Liqanın mükafatçılarının ikisi də liderdən böyük fərqlə geri qalır.

 

“Kəpəz”in Premyer Liqanı sonuncu yerlə tərk etməsi o anlama gəlir ki, növbəti mövsüm bu göstəricidə liderliyə “Qarabağ”la “Neftçi” iddia edir. Lakin ümumi göstərici çox aşağı düşəcək.

 

Çünki orta tamaşaçı sayı 2007 olan Premyer Liqa Gəncə klubunun sayəsində bu həddə çatıb. Qərblilərin 14 ev oyununu nəzərə almasaq, bu rəqəm 1389-a düşər.

 

Tamaşaçı sayında son iki pillədə isə Bakı klublarıdı. “Zirə” digər komandalardan çox geri qalmırsa, debütant “Səbail” ciddi fərqlə autsayderdi.

 

Qeyd edək ki, mövsümün rekordu XI turun “Kəpəz” – “Qarabağ” oyununda qeydə alınıb – 13 min 300. VII turun “Qəbələ” – “Kəpəz” matçında isə cəmi 175 tamaşaçı olub.

 

yer

klub

tamaşaçı

oyun

orta

1

Kəpəz

88732

14

6338

2

Qarabağ

28188

14

2013

3

Neftçi

27720

14

1980

4

İnter

21120

14

1509

5

Sumqayıt

19878

14

1420

6

Qəbələ

19475

14

1391

7

Zirə

14260

14

1019

8

Səbail

5453

14

390

 

 Cəmi

224826

112

2007

 

0